İran sentyabr döyüşlərində Ermənistana belə kömək edib – Kostanyandan ETİRAF

0
153

Cənub qonşumuz İranın hərəkətləri və ritorikası sentyabr döyüşlərinin daha genişmiqyaslı fazaya keçməsini və mövcud vəziyyətin daha da pisləşməsini dayandırmağa kömək edib”.

Bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

Kostanyan bu açıqlaması ilə İranın 2022-ci il sentyabr döyüşləri zamanı Ermənistana kəşfiyyat məlumatları ötürdüyünü etiraf edib.

İranın 44 günlük müharibə zamanı, həmçinin sentyabr döyüşlərində Ermənistana kəşfiyyat məlumatları ötürdüyü ilə bağlı xəbər vermişdik. Belə ki, İran tərəfi radioelektron mübarizə sistemləri vasitəsilə Azərbaycanın pilotsuz döyüş və kəşfiyyat təyyarələrinin, pilotlu aviasiyasının və vertolyotlarının hava trafikini, bölgədə döyüş aparan Azərbaycan əsgərlərinin radio rabitəsini izləyib. Əldə edilən məlumatlar Ermənistanın baş qərargahına ötürülüb. Həmçinin Azərbaycan Ordusunun birləşmələrinin ratsiya əlaqəsinə özünün radioelektron mübarizə vasitələri ilə müdaxilə edərək, bölmələr arasında rabitə əlaqəsini əngəlləməyə çalışıb.

Kostanyanın sözlərinə görə, İran bu gün Ermənistanın mühüm tərəfdaşıdır və İran və Gürcüstanla sərhəd respublika üçün xarici dünyaya “təbii qapı” kimi birinci dərəcəli əhəmiyyət kəsb edir