Rusiyadan İrəvana son xəbərdarlıq – Ermənistan Suriyaya çevriləcək

0
197

“Aİ missiyasının Ermənistana göndərilməsi ilə bağlı Rusiya görünməmiş sərt bəyanatla çıxış etdi. Bu, xəbərdarlıqdır və son xəbərdarlıq kimi hiss olunur”.

Bu barədə siyasi texnoloq Vigen Akopyan yanvarın 27-də müzakirələr zamanı bildirib.

O, Dövlət Departamentinin, Moskvanın bu bəyanatına ABŞ-ın sülhməramlılara heç bir aidiyyətinin olmadığını, lakin başqa məsələlərdə iştirak etməyə davam edəcəyini bildirərək cavab verməsini təsadüfi adlandırıb.

Onun sözlərinə görə, bu, ABŞ-ın Rusiyanın çağırışını qəbul etdiyini göstərir.

“Ermənistan ərazisi, bilavasitə geosiyasi toqquşmalar meydanına çevrilir. Ermənistan hakimiyyəti ölkəni tədricən Suriyaya çevirir. Artıq çox şey bizdən asılı ola bilməz. Döyüşlər, sözün əsl mənasında Ermənistan ərazisində baş verə bilər”, – Akopyan vurğulayıb.

Ekspert Azərbaycanın İrandakı səfirliyində baş vermiş insidenti də xatırladıb, bölgədəki vəziyyəti partlayıcı adlandırıb.

“O, Ermənistanın yaxınlığındadır və hesab edirəm ki, bu, bizimlə birbaşa bağlıdır”, – deyə siyasi texnoloq yekunlaşdırıb.