Vardanyanın axmaq tapıntısı: dronları Qarabağa göndərmək istəyirlər

0
142

Ermənistanda Laçın yolundan keçmədən Qarabağdakı separatçı rejimə yüklərin hansı yolla göndərilməsi müzakirə olunur.

Təklif olunan yollardan biri dronlardan istifadə haqdadır.

Erməni jurnalist-ekspert Qaqik Vardanyan bildirir ki, sürətli həll yollarından biri yüklərin dronlarla çatdırılmasıdır.

“Bunun üçün biznesmenlərimiz dronların alınmasını həyata keçirə bilər. Azərbaycan buna maneələr yaradacaq, lakin biz dayanmamalıyıq. Dronlar vasitəsilə hava məkanından istifadə etmək mümkündür”, – Vardanyan deyib.

Qeyd edək ki, Laçın yolunda ekofəaların etiraz aksiyasına başlamasından sonra Ermənistan və separatçı rejim “humanitar fəlakət” görüntüsü yaratmağa çalışır və bununla Azərbaycana qarşı beynəlxalq təzyiqə nail olmaq istəyirlər. Lakin Laçın yolu bütün humanityar yüklər üçün açıqdır, eyni zamanda, Azərbaycan erməni əhalisinin ərzaqla təminatını üzərinə götürməyə hazır olduğunu bəyan edib. Separatçılar isə bunun qarşısını alır.