Rusiya Cənubi Qafqazda münaqişələri qızışdırmaq və Ermənistan hakimiyyətini Moskvanın marionetkası etmək istəyir.
Amerikanın mühafizəkar “The Washington Times” qəzeti Qarabağdakı erməni separatçılarının rəhbəri Ruben Vardanyanın Rusiya Federasiyası tərəfindən maliyyələşdirilməsi, onun İranla əlaqələri və Ermənistanın Baş naziri Nikol Paşinyanı əvəzləmək istəyi barədə ətraflı məqalə dərc edib:
“Rusiya rejimi Azərbaycanın Qarabağdakı erməni azlığı manipulyasiya edir. Moskva Qarabağ üzərində nəzarətini gücləndirir və Ermənistanın özünə hakim olmaq üçün regiondan alət kimi istifadə etməyi planlaşdırır. İndi Kreml Qərbə doğru istiqamətlənən Paşinyanın yerinə Vardanyanı hazırlayır”.
Məqalədə qeyd olunur ki, Vardanyanın İranla əlaqələrini Rusiyanın Qorçakov Fondu vasitəsi ilə izləmək olar. Bu fond müxtəlif ölkələrdə, o cümlədən Ermənistanda Tehrandan hökumət tərəfindən təsdiqlənmiş məruzəçilərin iştirakı ilə tədbirlər təşkil edir.
Onların arasında Tehran Beynəlxalq Münasibətlər İnstitutunun və İran Silahlı Qüvvələrinin Baş Qərargahına tabe struktur olan Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun əməkdaşı Ehsan Movahedyan da var.