“Avropa faktiki olaraq müharibə vəziyyətindədir”

0
198

Avropalı siyasətçilərin nə deməsindən asılı olmayaraq, Avropa faktiki olaraq müharibə vəziyyətindədir.

Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç xalqa müraciətində deyib.

Bundan əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bildirmişdi ki, Aİ Ukraynaya 49 milyard avro dəyərində hərbi, maliyyə və humanitar yardım göstərib.

Mart ayından etibarən Avropa Komissiyası yeni makromaliyyə yardım paketindən hər ay Ukraynaya 1,5 milyard avro kredit köçürməyi planlaşdırır.