Tomas de Vaal: “Ermənilərin əlində yalnız bir rıçaq qalıb, Paşinyan da razılaşır ki…”

0
204

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ifadəsi yanlışdır, çünki bu, yalnız çərçivə sazişidir, burada ümumi sözlər, bəlkə də bir səhifə olacaq, danışıqlar üçün əsas götürüləcək.

Bu barədə Karnegi Fondunun aparıcı tədqiqatçısı, Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaal “Power Factor” proqramında Ermənistanın News.am saytına qonaq olarkən deyib.

Onun sözlərinə görə, hər şey Moskva və Bakıdan asılıdır. O bildirib ki, pərdəarxası danışıqlar gedir və bu barədə məlumat azdır.

“Əlbəttə, Qərbdən Laçın dəhlizində yolun açılmasının zəruriliyi ilə bağlı çağırışlar var, lakin hər şey Bakının Qarabağa və ilk növbədə Rusiyaya qarşı tələblərindən asılıdır. Azərbaycandan yolun rejimi və şəffaflığı ilə bağlı iddialar var. Düşünürəm ki, bu məsələni həll etmək olar, amma Azərbaycan tərəfi üçün müxtəlif məsələlərlə bağlı daha iddialı gündəm var. “Qarabağın müstəqil dövlət olmayacağı, 2020-ci il müharibəsi ilə artıq bu məsələnin bağlandığı, ATƏT-in Minsk Qrupunun prinsiplərinin sonu budur” kimi ümumi bir anlayış var”, – deyə o bildirib.

Ekspert qeyd edib ki, çərçivə razılaşması xoş niyyət şəraitində mümkündür: “Bundan əlavə, Qarabağda beynəlxalq missiya rolunu hansı ölkələrin üzərinə götürə biləcəyi məsələsi əsas və mürəkkəb məsələdir. Beynəlxalq missiya məsələnin məntiqi həllidir, lakin mən hazırda resursları görmürəm və Bakı da bunu istəmir. Brüsseldə ona görə bir qədər ümid var idi ki, Əliyevlə Paşinyan arasında ikitərəfli görüşlər zamanı buna gəlmək mümkün olar və bu vəziyyətdə ermənilər, ola bilsin, Naxçıvanla nəqliyyat əlaqəsi ilə bağlı razılığa gələcəklər. Ermənilərin əlində qalan yeganə təsir onu təmin etməkdən imtina etməkdir. Brüsseldə onlar razılığa yaxın idilər. Düşünürəm ki, orada heç bir fundamental problem yox idi, amma erməni tərəfi qorxur ki, razılaşsalar, o zaman onların son kartı da oynanacaq.

Paşinyan da razılaşır ki, Qarabağ Azərbaycandan ayrılmayacaq, lakin status məsələsi və daha da önəmlisi, təhlükəsizlik təminatları gələcəkdə həll olunacaq