Laçın yolundakı aksiyanın tələbləri bu gün qəbul edilə bilər – Görüş keçirilib

0
212

Laçın yolunda keçirilən aksiyanın tələbləri bu gün icra edilə bilər.

Bu iddia ilə Ermənistan mediası çıxış edib.

“Hraparak” nəşri mənbələrinə istinadən iddia edir ki, Rusiya sülhməramlılarının iştirakı ilə görüş keçirilib və bu gün – 20 yanvar tarixində yolun açılacağı, tələblərin qəbul ediləcəyi razılaşdırılıb.

Qeyd edək ki, aksiyanın birdən çox tələbinin olduğu deyilir: sülhməramlıların müvəqqəti nəzarətindəki mədənlərdə monitorinqin aparılması, qanunsuz istismara son qoyulması; Laçın yolundakı buraxılış məntəqəsində Azərbaycan sərhədçilərinin dayanması, yolda yoxlanış üçün rentgen cizahlarının quraşdırılmış və s;

Bu tələblər icra edilmədiyi müddətdə aksiya dayandırılmayacaq.