Etiraf: Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək çətinləşib

0
150

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiya və Ukrayna arasında danışıqları bərpa etmək çətinləşib .

Bu barədə Türkiyənin “ Yeni Akit ” qəzeti məlumat yayıb.

“Bilirsiniz ki, tərəflər, ən azı atəşkəsə yaxın idilər. Bunu özləri elan etdilər, amma indi müharibə uzandı, şərtlər dəyişdi, hər şey daha da mürəkkəbləşdi “,- o deyib.

O əlavə edib ki, Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlar çox müxtəlif ölçülərə və sahələrə malikdir.

Bundan əvvəl Mövlud Çavuşoğlu bildirib ki, Ankara Ukrayna prezidenti Vladimir Zelenskinin Ukrayna münaqişəsinin həllinə dair on bənddən ibarət planını dəstəkləyir.

“Zelenski 10 bəndlik plan irəli sürüb. Biz Türkiyə olaraq bu planı dəstəkləyirik”,- deyə nazir Cənubi Afrikada keçirdiyi mətbuat konfransında bildirib .

O, həmçinin əlavə edib ki, Türkiyə artıq sənəd üzərində fəal işləyir və bəzi məqamlar üzrə sədrliyə hazır olduğunu bildirir.