TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışanların maaşları artırıldı

0
183

“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2023-cü il yanvarın 1-dən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin aylıq vəzifə (tarif) maaşları artırılıb.

Bu barədə TƏBİB məlumat yayıb.

Əməkhaqqı artımı tibbi və qeyri-tibbi personalı əhatə edəcək.

Qeyd edək ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 97 215 işçi çalışır.