“Dövlət başçısı hər il vətəndaşların rifahının artırılması istiqamətində müvafiq qərarlar qəbul edir” – VCA və YYSİB sədri Aydın Xan Əbilov

0
192

“Minimum əmək haqqının artması elm, mədəniyyət, texnologiya sahəsində inkişafa, yeniliyə səbəb olacaq”…

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev yanvar ayının 5-də “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncam əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində əlavə tədbirləri özündə ehtiva edir. Belə ki, bir çox kateqoriya üzrə əmək haqqının artırılması, xüsusilə də minimum əmək haqqının 300 manatdan 345 manata, minimum pensiyanın 240 manatdan 280 manata çatdırılması nəzərdə tutulur, eyni zamanda, müavinət və təqaüdlər də artırılacaq.

Qeyd etdiyimiz kimi, yeni sərəncam sayəsində bir çox sahələrdə əmək haqqı artacaq. Əmək haqqı artımı mədəniyyət sahəsində də qeydə alınacaq.

Minimum əmək haqqının artırılmasının əhəmiyyəti haqqında  Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilovla danışdıq.

– Məlumdur ki, ötən il Prezident İlham Əliyevin sərəncamı ilə minimum əmək haqqı artdı. Minimum əmək haqqının artması sənət, mədəniyyət aləmində çalışanlara necə təsir edəcək?

– Minimum əmək haqqının artması, digər sahələrə olduğu kimi, mədəniyyət sahəsinə də təsir edəcək. Məlumdur ki, son zamanlar ölkədə qiymətlər sürətlə artır, infyasiya ikirəqəmli həddədir. Qiymət artımı iqtisadi cəhətdən az müdafiə olunan və digər sahələrdə çalışan şəxslərin ailə büdcəsinə mənfi təsir edirdi.

– Zamanla, mədəniyyət sahəsində çalışanların, yaradıcı şəxslərin, ziyalıların çalışdıqları sahə üzrə əmək haqqının az olması haqqında narazılıq etməsinin şahidi olmuşuq. Prezident İlham Əliyevin yeni sərəncamı yaradıcı şəxslərin, ziyalıların əmək haqqısının artmasına təsir edəcək.

– Qeyd etdiyim kimi, son zamanlar ölkədə qiymət artımı yaşanır. Bu haldan bir çox sahələrdə çalışan şəxslər əziyyət çəkirdi. Xüsusən də, mədəniyyət, ədəbiyyat, incəsənət sahəsində çalışan şəxslər. Bunun da səbəbi onların əmək haqqısının az olmasıdır. Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı bu sektorda çalışanların sosial durumuna müsbət təsir edəcək. Ümumiyyətlə, dövlət başçısı hər il vətəndaşların rifahının artırılması istiqamətində müvafiq qərarlar qəbul edir, eyni zamanda, bu siyasətin davamlı xarakter aldığını görürük. Bu, həm də vətəndaşın dövlətdən məmnunluğuna ciddi təsir edə biləcək amillərdən biridir.

– Minimum əmək haqqının artması mədəniyyət sahəsində çalışanların sosial durumuna müsbət təsir edəcək. Maraqlıdır, bu artım qeyd edilən sahədə sektorda çalışanların iş fəaliyyətinə necə təsir edəcək?

– Bəli, minimum əmək haqqının artması əhalinin sosial durumunun inkişaf etməsinə müsbət təsir edəcək. Əhalinin sosial durumu yaxşı olarsa, bu onların iş fəaliyyətinə də təsir göstərəcək. Hazırda real maliyyə imkanlarının artması hesabına sosial siyasətin davam etdirilməsi üçün əsaslı zəmin yaranıb. Ölkəmizin maliyyə imkanları artır. Bütün bunları nəzərə alaraq cənab Prezident yenidən sosial paketlə bağlı artımları davam etdirmək barədə qərarlar verir.

– Yaradıcı insanların əmək haqqının artırılması onları yaradıcılığına da təsir edər…

– Minimum əmək haqqının artması elm, mədəniyyət, texnologiya sahəsində inkişafa, yeniliyə səbəb olacaq. Həmçinin, yaradıcı kateqoriyadan olan şəxslərin əmək haqqının artması sevindiricidir. Təbii ki, əmək haqqı artımı yaradıcı şəxslərin iş fəaliyyətinə müsbət təsir edəcək.