Güclü külək əsəcək, çovğun olacaq – XƏBƏRDARLIQ

0
198

Bakıda və Abşeron yarımadasında yanvarın 8-dən başlayaraq 12-dək hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, külək şimal-şərq küləyi 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. 8-i gündüzdən 10-u gündüzədək arabir çovğun olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enərək, gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.

Yanvarın 8-i axşamdan 12-dək yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında yanvarın 8-dən başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. Çovğun olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enərək, gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq rayonlarda isə gecə 10-15 dərəcə şaxta, gündüz 5-8 dərəcə şaxta olacaq.

Yollar buz bağlayacaq.