İmkanlı şəxslər Ağalıda evlərini özləri tikəcəklər – Xüsusi nümayəndəlikdən AÇIQLAMA

0
230

“Şərqi Zəngəzurda aztəminatlı məcburi köçkün ailələrinə dövlət tərəfindən evlər veriləcək”.

Bu barədə Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı xüsusi nümayəndəliyindən məlumat verilib.

Qeyd olunub ki, imkanlı şəxslərə isə azad edilmiş ərazilərdə ev tikmələrinə şərait yaradılacaq:

“Evlərini fərqli formada tikmək istəyən sakinlər var. Onlar bu barədə bizə müraciət ediblər.

Misal olaraq, Ağalı kəndi tikilir, orada yaşayış var. Lakin Ağalıdan olan imkanlı şəxslər üçün bir ərazi ayrılacaq ki, istənilən adam gəlib orada ev tikə bilsin. Artıq bu istiqamətdə işlər gedir. 

Bu məsələni Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev də Qubadlı Rayon İcra Hakimiyyətində keçirdiyi görüşdə səsləndirdi. Orada da bununla bağlı suallar verildi, həmin sualları cavablandırıldı”.