Türk birliyi bunu da BACARDI: Özbəkistan, Azərbaycan və Qazaxıstan…

0
175

Özbəkistan, Azərbaycan və Qazaxıstan türk avtomobil sənayesi konqlomeratı yaratmaq niyyətindədir.

Bu barədə “Özbəkistan-24” telekanalı məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan və Azərbaycanda mövcud olan istehsal müəssisələrinin iri qovşaqlı montajdan tam istehsal dövrünə keçirilməsi planlaşdırılır.

Bu ölkələrin zavodları “UzAuto Motors”un köməyi ilə yeni “Chevrolet” modellərini yığacaq.

Müvafiq olaraq Özbəkistandan Azərbaycan və Qazaxıstana komponentlərin tədarükü artırılacaq.

Özbəkistan üçün böyük bir konqlomeratın yaradılması ilə yerli avtomobil markasının yayılması üçün yeni perspektivlər açılacaq