Uşaqlarda astma xəstəliyinin artması SƏBƏBİ AÇIQLANDI

0
214

Rocky Mountain İnstitute” səhiyyə təşkilatının məlumatına görə, ABŞ-da uşaqlar arasında astma xəstəliyinin 12,7 %-i qaz sobalarından istifadə ilə əlaqələndirilir.

Onlar bu barədə “International Journal of Environmental Research and Public Health” jurnalındakı məqalədə bildiriblər.

Tədqiqatçılar 2019-cu ilin məlumatlarını qaz sobasının olduğu evlərdə uşaqlarda astma xəstəliyi risklərinə həsr edilmiş 41 əvvəlki tədqiqatın meta-analizinin nəticələri ilə müqayisə ediblər. Qeyd edilir ki, indi Amerika evlərinin təxminən üçdə birində qaz plitələrinə bu rast gəlinir. Oxşar nəticələrə malik buna bənzər tədqiqat daha əvvəl Avstraliyada da aparılıb.

Amerikanın Qaz Assosiasiyası nəticələrin etibarlılığını şübhə altına alıb və araşdırmanı “təbliğata əsaslanan riyaziyyat işi” adlandırdı.

Bununla belə, qaz sobalarından istifadənin təhlükələri ilə bağlı məsələ əvvəlki tədqiqatlarda dəfələrlə qaldırılmışdı: mütəxəssislər diqqəti azot oksidləri də daxil olmaqla yanma məhsullarının zəif havalandırılan otaqlarda toplaya və tənəffüs yollarına, qan damarlarına zərər verə biləcəyinə yönəldiblər