Həkim qripdən sonrakı ölümcül fəsadlar barədə danışdı

0
176

“Qripdən sonra yarana bilən insult, infarkt, ağciyər iltihabı, meninqoensefalit ölümə səbəb ola bilər”.

Bu barədə rusiyalı immunoloq, tibb elmləri namizədi Zoya Skorpilyova xəbərdarlıq edib.

Onun sözlərinə görə, xəstəlikdən sonra bir neçə ay ərzində baş verən infarkt və insultlar hazırda qripin ağırlaşması kimi qəbul edilir.

Həkim həmçinin qeyd edib ki, orqanizmin ölümcül nəticələrdən qorunmasına kömək etmək lazımdır.

“Niyə biz mütəmadi olaraq insanları qripə qarşı peyvənd vurdurmağa çağırırıq? Peyvənd xəstəlikdən müdafiə etmir, amma fəsadlardan, ağır formalardan və ölümlərdən 100% qoruyur. Bu, uzun illər ərzində tam sübut edilib”, – deyə immunoloq vurğulayıb.

Yeri gəlmişkən, qeyd edək ki, Rusiya ilə qonşu olan bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda mövsümi qrip infeksiyası yayılıb. Bununla əlaqədar olaraq Səhiyyə Nazirliyi ailə sağlamlıq mərkəzlərinə qrip əleyhinə peyvəndlər paylayıb. Qurum ilk növbədə azyaşlı uşaqların, yaşı 65-in üzərində olan şəxslərin, hamilə qadınların, müxtəlif ağır xroniki, o cümlədən tənəffüs sisteminin xəstəlikləri olan şəxslərin qripə qarşı peyvənd olunmasını tövsiyə edir.