Polşanın keçmiş prezidenti Aleksander Kvasnevski deyib ki, üçüncü dünya müharibəsi riski realdır.
Onun sözlərinə görə, Ukrayna münaqişəsi başlayandan dünya dramatik dəyişikliklərə məruz qalıb. O bildirib ki, istənilən kiçik münaqişə qlobal xarakter ala bilər.
“Üçüncü dünya müharibəsinin başlanmasından danışmağımızın özü dəhşətlidir. Lakin bizim üçün bu, realdır”, – Kvasnevski “Polsat”a müsahibəsində deyib.
Daha əvvəl fransız siyasətçisi, “Patriotlar” hərəkatının lideri Florian Filippo Ukrayna prezidenti Vladimir Zelenskinin Co Baydenlə danışıqlar aparmaq üçün Vaşinqtona səfərini “üçüncü dünya müharibəsi üçün ittifaq” adlandırmışdı