“Erməni əsilli vətəndaşlarımızın təhlükəsizliyini təmin etməliyik” -Deputat

0
220

Artıq 5-ci gündür ki, QHT nümayəndələri və müxtəlif sahələri əhatə edən insanlar etiraz edərək, qanunsuz əməllər üçün istifadə olunan Laçın yoluna nəzarət edilməsini və bu cinayətlərə son qoyulmasını tələb edirlər. Azərbaycan öz ərazilərinə nəzarət edir və bərpa işləri aparır”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Qarabağda erməni əsilli vətəndaşlarımızın yaşadıqları ərazilərdə olan sülhməramlıların ermənilərin özbaşınalıqlarına göz yumduqlarını müşahidə edərək, səsimizi çıxarmaya bilmərik:

“10 noyabr bəyannaməsinin bəndləri yerinə yetirlimir. Beynəlxlaq icitmaiyyətin bu məsələyə birtərəfli yanaşması Ermənistanı ruhlandırır və yeni cinayətə sövq edir. Laçın yolunda dövlətimizin nəzarət-keçid məntəqələri yaradılmalıdır. Xankəndidə yaşayan erməni əsilli vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsinin vaxtı gəlib çatıb”