Paşinyan: “Bütün iqtisadi və nəqliyyat kommunikasiyalarını blokdan çıxarmağa hazırıq”

0
213

“Əvvəllər olduğu kimi, Ermənistan indi də regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarını blokdan çıxarmağa hazırdır”.

Ermənistanın baş naziri Nikol Paşinyan bu sözləri hökumətin iclasında deyib.

Paşinyan əlavə edib ki, üçtərəfli sənədin müvafiq müddəasının həyata keçirilməsi heç bir halda ölkənin suverenliyinin itirilməsini nəzərdə tutmur.

“Yerevan yolları açmağa və yeni nəqliyyat infrastrukturunu istifadəyə verməyə hazırdır”, – deyə Nikol Paşinyan fikrini tamamlayıb.