Qrip səbəbindən Bakıda uşaqların dərsə davamiyyətində problemlər var? – AÇIQLAMA

0
250

Son zamanlar Azərbaycanda qrip və kəskin respirator xəstəliklər geniş yayılıb. 

Xəstəlik əsasən uşaqlar arasında daha çox qeydə alınır. Nəticədə məktəblərdə təhsil alan şagirdlərin də davamiyyəti zəifləyib.

İddia edilir ki, hər sinifdə şagirdlərin 30 faizi dərsə gəlmir. 

Bakı məktəblərində şagirdlərin dərsə davamiyyəti ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. 

Qurumdan bildirilib ki, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində davamiyyətlə bağlı ciddi problem qeydə alınmayıb.