Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada yerləşən Səlcuqlu Konqres Mərkəzində Türkiyənin Ədalət və İnkişaf Partiyasının Məşvərət Şurasının genişləndirilmiş iclasında çıxış edib.
R.T.Ərdoğan çıxışında bəyan edib ki, ölkəsi ilk pilotsuz qırıcı – “Bayraktar Kızılelmanın” istehsalına başlamaq niyyətindədir.
“Şükürlər olsun ki, sənayemiz, texnologiyamız və müdafiə sahəsində atdığımız addımlarla inamla irəliləyirik. Daxili müdafiə sənayemizin istehsalı 20 faizdən 80 faizə qədər yüksəlib. 2023-cü ildə Türkiyənin ilk pilotsuz qırıcısı olacaq “Bayraktar Kızılelmanın” istehsalına başlamaq niyyətindəyik”, – deyə Türkiyə lideri vurğulayıb.