Qarabağa hərbi texnika daşınır: Bakı yaxın vaxtda hansı əməliyyata başlayır?

0
241

Qarabağda separatçı rejimə “humanitar yardım” adı ilə silah daşınması faktı zaman-zaman gündəmə gəlib.

Dövlət Təhlükəsizlik Xidməti rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinskinin “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirdiyi fikirlər də prosesin davam etdiyini təsdiqləyir.

DTX rəsmisi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması faktından bəhs edib.

Qarabağda baş verənlər haqda dövlət ciddi məlumatlara malikdir. Lakin əsas sual bu təxribatlara qarşı hansı addımların atılacağı ilə bağlıdır.

– Erməni qoşunların qalıqları çıxarılmır;
– Separatçı-terrorçular davamlı təxribatlar törədir;
– Vardanyan kartı işə düşəndən sonra qondarma “statusdan” daha çox danışmağa başlayıblar;
– Bölgəyə müvəqqəti nəzarət edən Rusiya sülhməramlıları bütün bunlara nəinki şərait yaradır, hətta təşkilatçısı rolunda çıxış edir: hərbi yükləri Laçın dəhlizindən keçirir, separatçı-terrorçuların postlar qurmasına şərait yaradır, erməni əhalisinin Bakıya inteqrasiyasının qarşısını bütün yollarla alır;

Zamanın uzanması həm separatçıların möhkəmlənməsinə, həm də regional şərtlərin dəyişməsinə zəmin yarada bilər. Bu baxımdan, qarşıdakı dövrdə Bakının Qarabağda müəyyən addımlar atması mümkün gözləntidir.

– Separatçıların postlarının ləğv edilməsi;
– Qeyri-siyasi və qeyri-hərbi müstəvidə separatçı-terrorçu rejimi erməni əhalisi arasında çətinə sala biləcək addımlar;
– Laçın dəhlizinin qeyri-humanitar məqsədlər üçün istifadə edildiyi faktının aktuallaşdırılması, Moskva qarşısında bu tələblərin qaldırılması və s;

Davamlı təxribatlar və oynanılan siyasi oyunlar başqa çıxış yolu qoymur.