Paşinyan: “Putin Azərbaycanla Ermənistan arasında dəmir yolunun bərpası ideyasını dəstəklədi”

0
206

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı Ermənistan və Azərbaycan arasında dəmir yolunun bərpası ilə bağlı “müsbət impuls” aldığını bildirib.

“Rusiya Federasiyasının prezidenti ilə dünənki danışıqların nəticəsi olaraq biz müəyyən siqnallar aldıq. Dəmir yolunun bərpası üçün işlərə başlaya biləcəyimizlə bağlı əhəmiyyətli və ciddi ehtimal ola bilər. Söhbət Horadiz-Mehri-Ordubad-Sədərək-Arazdəyən dəmir yolundan gedir”, – deyə o hökumətin iclasında bildirib.

Bundan əlavə, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurası çərçivəsində keçirilən danışıqları dürüst, müsbət və açıq adlandırıb.

“Dünən KTMT Şurasının iclası keçirildi, amma yekunda, təəssüf ki, iki mühüm sənəd üzrə ümumi rəyə gələ bilmədik”, – deyə Ermənistanın baş naziri əlavə edib.