Lukaşenko KTMT-nin TALEYİNDƏN DANIŞDI: “Rusiya çökərsə

0
138

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) taleyi Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın uğurundan asılıdır”.

Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin İrəvanda keçirilən plenar iclasında bildirib.

Siyasətçinin sözlərinə görə, KTMT-nin taleyinin Rusiyadakı uğurdan asılı olması ilə bağlı fikirlər getdikcə artır.

“Hiss edirəm ki, biz ümumi fikrə gəlmişik ki, əgər Allah eləməsin, Rusiya çökərsə, bizim yerimiz bu dağıntılar altındadır”, – Belarus lideri bildirib.

Lukaşenko vurğulayıb ki, beynəlxalq və regional təhlükəsizlik arxitekturasında mövcud böhran təşkilata təsir edir.

Bundan əvvəl Lukaşenka Ukraynada axan qanı dayandırmağa və sülh danışıqlarına başlamağa çağırıb. Dövlət başçısı Ukraynada baş verənləri güclənən, getdikcə daha çox ölkəni öz hunisinə cəlb edən tornado ilə müqayisə edib