“Qisas” antiterror əməliyyatı zamanı Ermənistan tərəfindən ölkəmizə DDoS hücumlar olub

0
166

Azərbaycan Ordusunun bu ilin avqust ayında keçirdiyi “Qisas” antiterror əməliyyatı zamanı Ermənistan tərəfindən Azərbaycana DDoS hücumlar olub.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, ən böyük həcmli DDoS hücumu “Qisas” antiterror əməliyyatları zamanı düşmən ölkə tərəfindən həyata keçirilmiş DDoS hücumlar olub.

“Belə ki, həmin DDoS hücumların həcmi 40 Gbps – 137 Gbps qədər artmış sorğu sayı isə saniyədə 19,000,000 pps həddinə çatıb. 8 gün davam edən DDoS kiberhücumları ümumilikdə 78 informasiya resursunu (15-i dövlət) hədəf alsa da, “AzStateNet” istifadəçiləri olan 11 dövlət informasiya resursunun fasiləsiz fəaliyyət göstərməsi tərəfimizdən təmin edilib”, – deyə hesabatda bildirilib.