Kuleba: “Avropa Ukraynaya kömək etməkdən yorulmamalıdır”

0
163

Avropa Ukraynaya kömək etməkdən yorulmamalıdır.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

“Əgər biz ukraynalılar yorulmuruqsa, Avropanın yorulmağa nə mənəvi, nə də siyasi haqqı yoxdur”, – deyə Kuleba bildirib.

O, Avropa İttifaqını şübhələri kənara atmağa və Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində razılığa gəlməyə çağırıb.

Oktyabr ayında Yaponiya İslahat Partiyasının lideri Yoiçi Masuzoe qış fəslinin gəlməsi ilə Avropanın Ukrayna ilə bağlı məsələlərdə yorğunluğunun artıracağını demişdir.

Bundan əvvəl Estoniyanın baş naziri Kaya Kallas bildirmişdi ki, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi Avropa İttifaqı üçün çətin hal alıb.