Bakı xanının əsrlər əvvəl tikdirdiyi binanı özünə məskən edənlər qorxu içində: Hər an uça bilər – AÇIQLAMA

0
208

Bakının mərkəzində əsrlər əvvəl xanların ilxısı üçün tikilən bina uçmaq üzrədir.

Söhbət paytaxtın Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 157 ünvanında yerləşən binadan gedir. Məlumat sosial şəbəkələrdə paylaşılıb və müzakirələrə səbəb olub.

Əsrlər əvvəl xanların at ilxıları üçün tikilmiş, sonradan yaşayış evlərinə çevrilmiş həmin ikimərtəbəli taxta bina uçub-dağılmaq üzrədir. Həmin ünvanda yaşayan 30 ailənin müraciətinə baxılmır. İyirmi iki ildir, şirkətlərdən biri tərəfindən ərazi alınıb, 30 ailə isə faciə ilə üzbəüz qalıb. Nəsimi Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi kimi qurumlara müraciət edilsə də, hələ də heç bir nəticə əldə edilməyib. 

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda sözügedən ünvandakı məsələ ilə bağlı şirkətlə aidiyyəti qurumlar arasında danışıqlar gedir:

“Rayon rəhbərliyinin iştirakı ilə sakinlərlə görüş keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti norma və qaydalarında müvafiq dəyişiklikər edildiyindən şirkətlə aidiyyəti qurumlar arasında hal-hazırda müzakirələrin aparılması sakinlərə izah edilib”.