Gələn il yaşa görə orta aylıq verilən pensiyanın məbləği AÇIQLANDI

0
180

Gələn il yaşa görə orta aylıq pensiyanın məbləği 455 manat olacaq.

Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında növbəti iclasında komitə sədri Musa Quliyev bildirib.

M.Quliyev qeyd edib ki, “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinə əsasən, növbəti ildə Fondun həm gəlir, həm xərc hissəsi 6,3 milyard manat təşkil edəcək.

Gələn il orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin isə 374 manat olacağı proqnozlaşdırılır.