Saakaşvili əfv edilir? – DETALLAR

0
212

“Mən keçmiş prezidentin həbsxanada ölməsini istəmirəm”.

Bu diqqətçəkən açıqlamanı Gürcüstan Prezidenti Salome Zurabişvili BBC-yə verib.

Jurnalist “Həkimlər Şurasının qiymətləndirmələri fonunda Mixail Saakaşvilini əfv etməyə gücünüz çatmırmı?” sualına Salome Zurabişvili belə cavab verib: “Çox sadə bir səbəbdən bu səlahiyyətə malik deyiləm. İş hələ bağlanmayıb, məhkəmə prosesləri hələ də davam edir. Gürcüstan qanunvericiliyinə görə, əfv yalnız hər şey bitdikdən sonra mümkündür”.

Hər şey bitəndən sonra Mixail Saakaşvilini əfv edəcəksiniz? sualına isə Prezident belə reaksiya verib: “Bu başqa məsələdir. Gürcüstanda bunu niyə etməyəcəyimi ətraflı izah etmişəm, çünki bu, qütbləşmənin əsas amilidir. Gürcüstanda praktiki olaraq elə bir ailə yoxdur ki, onun avtokratik rejimini yaşamamış olsun.

Ona görə də düşünmürəm ki, mən daha da qütbləşmə alətinə çevriləm. Amma eyni zamanda, keçmiş prezidentin həbsdə ölməsini, səhhətində geridönməz problemlərlə üzləşməsini istəməyən dövlət başçısıyam. Bütün tibbi müayinələri çox diqqətlə izləyirəm. Mən də beynəlxalq həkim qrupunun hələ dərc olunmamış hesabatını gözləyirəm. Gürcüstanda açıq şəkildə təkrar etdim ki, o, ekstradisiya edilməlidir ki, əlavə tibbi yardım ala bilsin. 6 aydan çoxdur ki, xəstəxanadadır. Onun xaricdə müalicəsi ilə bağlı qərarı məhkəmə verməlidir”.