Ərdoğandan Rusiyaya SƏRT İRAD: “Öhdəlik götürdü, lakin bacarmadı

0
230

“Rusiya 2019-cu ildə Kobanini terrorçulardan təmizləməyi öhdəsinə götürüb, lakin bunu bacarmayıb, ona görə də Türkiyə bunu təkbaşına edəcək”.

CNN Türk -ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.

“Bu dəfə iki mühüm bölgə hədəfə alınıb: onlardan biri – Şimali İraq, digəri – Suriyanın şimalı. Biz bu bölgələrlə bağlı addımlar atmışıq və atacağıq. 2019-cu ildə Soçidə ruslarla əldə edilmiş razılaşmamız da var. Onlar ərazinin (Kobani – red.) terrorçulardan təmizlənməsinə cavabdeh idilər. Təəssüflər olsun ki, onlara dəfələrlə xatırlatmağımıza baxmayaraq, bunu etməyiblər, edə bilmirlər”, – Ərdoğan bildirib.

Biz dedik ki, biz kənarda durmayacağıq və onlar (ruslar – red.) özləri bunu edə bilməsələr, oradakı terrorçulara qarşı addımlar atacağıq. Bunun bir hissəsi olaraq, dünən Kobanidə yerləşən terrorçulara qarşı 12 hədəfi zərərsizləşdirdik, onları vurduq”.