Konstantin Kosaçov: “Ermənistanla Azərbaycan arasında gərginlik KTMT-nin səlahiyyətlərinə aid deyil”

0
178

“Ermənistanla Azərbaycan arasındakı gərginlik, mənim nöqteyi-nəzərimə görə, KTMT-nin səlahiyyətlərinə aid deyil”.

Bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov “AiF”ə müsahibəsində Rusiyanın KTMT-nin üzvü kimi Ermənistana hərbi yardım göstərməsi imkanlarını şərh edərkən bəyan edib.

Onun sözlərinə görə, təşkilata üzv olan ölkələrin hər biri ona öz münasibətini müəyyən edir.

“Rusiyaya gəlincə, məlumdur ki, biz nizamlanmanı ən səmimi şəkildə təşviq edirik. Üstəlik, bizim səylərimiz hər iki tərəfdən eyni dərəcədə tələb olunur”, – deyə o bildirib.

Vitse-spikerin sözlərinə görə, başqa cür ola da bilməz.

“Bu münaqişədə yalnız bir tərəfi dəstəkləmək mövqeyindən çıxış etmək onu daha da gərginləşdirmək deməkdir. Sülh yolu ilə nizamlanma mövqeyini tutmaq və bu nizamlanma şərtlərinin bütün tərəflər üçün məqbul olmasına kömək etmək lazımdır”, – deyə K.Kosaçov sözlərini yekunlaşdırıb.