Ən böyük müsəlman ölkəsi silkələndi

0
216

İndoneziyanın Qərbi Yava əyalətinin Cianjur bölgəsində zəlzələ baş verib. 5,6 bal gücündə zəlzələdə ən azı 20 nəfərin öldüyü bildirilir.

Rəsmilər şiddətli yeraltı təkanlar nəticəsində azı 20 nəfərin həyatını itirdiyini bildirib. 10 kilometr dərinlikdə baş verən zəlzələ paytaxt Cakartada da hiss olunub.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının sədri Dvikorita Karnavati xalqı küçələrdə qalmağa çağırıb.

Xatırladaq ki, ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasının 5,4 olduğunu açıqlayıb