Qadınların pensiya yaşı aşağı salına bilər – Ekspert AÇIQLADI

0
186

Azərbaycanda qanunvericiliyə əsasən pensiya üçün kişilərdə yaş həddi 65, qadınlarda 63 yaşdır. Bəzi şəxslər bu yaş həddinin çox olduğunu deyir və təklif edir ki, onu azaltmaq lazımdır. Amma beynəlxalq praktikaya nəzər yetirdikdə, inkişaf etmiş ölkələrdə yaş həddi bizdəkindən çoxdur. Bununla belə diqqəti əmək pensiyası hüququnu qazanmaq məsələsinə yönəltmək lazımdır.

Bu sözləri açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib.

Onun fikrincə, ölkə iqtisadiyyatı elə inkişaf səviyyəsinə malik olmalıdır ki, çalışanlar əmək pensiyası hüququnu tez əldə etməyə nail ola bilsinlər: “Yəni bu, iqtisadiyyatın inkişafına bağlıdır. Hər şeyi dövlətdən gözləmək doğru deyil. Dövlət pensiyanı vətəndaşlara nəyin hesabına verir? Vətəndaşlara vaxtı ilə bu və ya digər sahədə çalışdıqları və aldıqları əmək haqlarından əldə etdikləri vergi, sosial ayırmaları hesabına yığılan vəsaitin sayəsində verilir. İndi isə dövlət ona çalışır ki, vətəndaşlarımız çalışdıqları sahədə daha çox əməkhaqqı alsın, nəticədə ondan da daha yüksək sosial ayırmanı alsınlar. Pensiya hüququ çatanda həmin vətəndaşa həmin pensiyanı ödəmək imkanı olsun.

Mən də istəyərdim ki, kişilər üçün 60 yaşında pensiya hüququ tanınsın. Amma dövlət həmin vəsaiti ödəmək gücündə deyil axı. Gərək mən o dərəcədə, yüksək səviyyədə əməkhaqqı alım ki, 55-60 yaşına qədər elə dfərəcə sosial ayırma, dövlətə vergi ödəyim ki, sosial sığorta pensiya məbləği yaransın, mən də onun hesabına 55-60 yaşında pensiyaya çıxım”.

Qadınlara gəlincə, ekspert qeyd edib ki, ölüm faktını, statistik rəqəmləri incələmək lazımdır:

“Qadınların pensiya üçün 63 yaşdan aşağı salmaq olar. Qadınlar zərif cinsin nümayəndəsi olduğuna görə kişilərdən 2 il tez pensiyaya çıxırlar, yaş həddini bir az da aşağı salmaq olar. Sosial pensiya sığorta sistemində mexanizm elə səviyyədə təşkil olunmalıdır ki, yaş həddinin aşağı salınmasından danışmaq mümkün olsun. Vətəndaşların pensiya hüququ əldə etməsi üçün pensiya kapitalı təqribən 34 min manat hesab olunur. Həmin vəsaiti pensiyalarla indeksləşdirəndə vəsait dəyişir. Gələcəkdə pensiya kapitalını qısa müddətə əldə etmək üçün iqtisadiyyat güclü inkişaf etməlidir