Vergi Məcəlləsinə dəyişiklik – Güzəştlər olacaq

0
211

Parlament “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsini birinci oxunuşda müzakirəyə çıxarıb.

Layihəni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişli təqdim edib.

Qeyd edək ki, dəyişikliklərə əsasən, nağdsız əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi 15%-dən 17,5%-ə qaldırılır, nağd əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi isə 10%-dən 5%-ə endirilir. Bundan başqa, dəyişikliklə dövlət əmlakının özəlləşdirilməsi üzrə dövlət proqramlarına uyğun olaraq, 2023-cü il yanvarın 1-dən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus əmlaklar özəlləşdirmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq, əmlak və torpaq vergisindən azad olunacaq.

Dəyişiklik, eyni zamanda beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili idman yarışları ilə bağlı respublika idman federasiyaları və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50 min manata qədər hissəsi gəlir vergisindən azad ediləcək. Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan yeni maddəyə əsasən, İpoteka və Kredit Zəmanət Fondu mənzillərin kirayəyə verilməsində görə ƏDV ödəməyəcək.

Qeyd edək ki, dəyişikliklərə əsasən, şəhid ailələrinə, eləcə də 1990-cı ilin 20 Yanvar faciəsi zamanı əlil olan, habelə vəfat edən şəhidlərin valideynləri və ya övladlarına verilən müavinatlar da vergidən azad ediləcək