Bu gün Qəbələ rayon Bum qəsəbəsi şəhid Adəm İkram oglu Heydərovun ikinci il dönümü qeyd olundu.
Tədbirdə rayon icra başçısı öz heyyəti ilə, ruhanilər,Qəbələ TV, , Xəbər AZ medya nümayəndələri, şəhid ailələri, Bum qəsəbə yerli icra nümayəndəsi, kənd sakinləri, axundlar, müəllim kollektivi şagirdləri ilə, Göyçay, Agsu şəhid ailələri, qazilər, Vəndam qəsəbə bir nömrəli orta məktəbin şagirdləri Nihat Səbzəliyev, Ayla Abdurahmanova iştirak etdi.
Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş ruhuna dualar oxunmuşdur
Sonra şəhidlərin adına ucalmış abidənin açılışı olmuşdur.
Abidə Şəhidin atası İkram Heyderov tərəfindən həyata keçirilmişdir.
Əvvəlcə Azərbaycan respublikasının Dövlət himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra şəhidin atası, anası çıxış edərək övladları ilə fəxr etdiklərini söyləmişdir.
Tədbirdə iştirak edən qonaqlar şəhidlər bizim qürur mənbəyidir deyə fəxrlə çıxış etmişdirlər
Məktəblilər kompazisiya nümayiş etdirmiş, şeirlər söyləmişdilər.
Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir
Allah rəhmət eləsin Şəhidlərimizə
Təranə Alməmmədova
“Xarıbülbül Əbədi Məclisin “, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin, Sabitlik və İnkişaf Mərkəzinın Qəbələ rayon nümayəndəliyin rəhbəri