Peskov: “Rusiya Bakı və İrəvanı gərginliyi artırmaqdan çəkinməyə çağırır”

0
221

“Moskva Bakı və İrəvanı gərginliyi artırmaqdan çəkinməyə çağırır”.

Bunu Rusiya Federasiyası prezidentinin köməkçisi Dmitri Peskov deyib.

“Gerçəkdən də, Soçidə üçtərəfli görüşün nəticələri ilə bağlı qəbul edilən bəyanatda tərəflərin – Azərbaycan və Ermənistanın – niyyətlərinin sırf siyasi-diplomatik, sülh yolu ilə tənzimlənmə olduğu vurğulanıb. Ona görə də biz əvvəlkitək hər iki tərəfi gərginliyi artıra biləcək təhlükəli hərəkət və addımlardan çəkinməyə çağırırıq”, – deyə Kremlin nümayəndəsi yeni atışmalar barədə məlumatları şərh edərkən bildirib.