Hindistanın Çattisqarh şəhərində 8 yaşlı uşaq tərəfindən iki dəfə dişlənilən zəhərli kobra ölüb.
“The New Indian Express”ə danışan uşaq belə deyib: “İlan əlimə dolanaraq məni dişlədi. Çox ağrıyırdım. Ondan qurtula bilməyəcəyimi görüb iki dəfə bərk dişlədim. Hər şey bir anda baş verdi”.
Sonradan məlum olub ki, uşağın bəxti gətirib. Kobranın, dişlədiyi nahiyəyə zəhər buraxmadığı bəlli olub.