Tokayev prezidentin səlahiyyətlərini məhdudlaşdıran qanunu İMZALADI

0
202

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət başçısının səlahiyyətlərini məhdudlaşdıran qanunu imzalayıb.

Bu barədə Prezident Sarayının mətbuat xidməti məlumat yayıb.

Tokayev konstitusiya islahatlarının Qazaxıstan tarixində yeni dövrün başlanğıcı olduğunu deyib. Onun sözlərinə görə, bu islahatlar son üç il ərzində ölkədəki siyasi dəyişiklikləri möhkəmləndirib və dövlətçiliyin daha da güclənməsi üçün möhkəm bünövrə salıb.

Xatırladaq ki, noyabrın 3-də ölkə parlamenti prezidentin səlahiyyətlərini məhdudlaşdıran, onun ailə üzvlərinin siyasi fəaliyyətlə məşğul olmaq imkanları barədə əlavə və dəyişiklikləri qəbul edib. Dəyişikliyə əsasən, dövlət başçısının qohumları dövlət orqanlarında rəhbər vəzifələrə təyin edilə bilməz. Bundan əlavə, prezidentin parlamentin yuxarı palatasının yaradılmasında və yerli hökumət orqanlarının işinin təşkilində iştirakı da məhdudlaşdırılacaq.