Hərbi prokuror: Azad olunmuş ərazilərdə tikinti işlərinin gedişində kütləvi məzarlıqların bir qismi ortaya çıxır

0
202

“Bizim 4000-ə yaxın itkin düşmüş vətəndaşımız var. Əsir və itkin, girov götürülmüşlərlə iş üzrə Dövlət Komissiyasının sənədlərində bunların hamısı dəqiq var”.

Bunu açıqlamasında Hərbi prokuror Xanlar Vəliyev deyib.

Hərbi Prokuror bildirib ki, şəxsiyyəti bəlli olmayan təxminən 450 nəfərə yaxın insanın qalıqları aşkarlanıb: “O cümlədən onların da böyük bir qismi kütləvi məzarlıqlarda aşkar olunur. Şuşada 2 yerdə, Kəlbəcərdə, Zəngilanda, Xocavənd rayonunda Edillidə 2 yerdə və Xocavəndin Daşbaşı kəndində, Xocalı rayonunun Fərrux kəndində belə məzarlıqlar aşkar olunub. Bəzisində çox, bəzisində az. Ümumilikdə 450-ə yaxın meyit qalığı müəyyən olunub. Amma hissə-hissə də azad olunmuş ərazilərdə bərpa, tikinti, quruculuq işləri gedişində bu məzarlıqların bir qismi ortaya çıxır. Edillidəki məzarlıqları o vaxt əsirlikdə olan vətəndaşımız göstərmişdi. Mülki şəxslərdən əlavə hətta müharibədə iştirak edən əsir hərbçiləri belə öldürmək olmaz. Çünki ABŞ-ın Hərb əsirlərlə rəftara dair təsdiq etdiyi pakt var. 49-cu il Cenevre Konvensiyası pozulub. Bütün bunlar hamısı cinayətdir və hər bir faktla bağlı cinayət işi başlanıb”.