Tokayev Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə: “Müstəsna olaraq sülh yolu ilə həll edilməlidir”

0
209

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında iştirak edib.

Sessiyanın gündəliyinə 2022-ci il sentyabrın 15-də KTMT-nin Ermənistana göndərilmiş missiyasının işinin yekunları daxil edilib.

Qazaxıstan prezidenti sessiyadakı çıxışında Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı bildirib ki, bu məsələlər müstəsna olaraq sülh yolu ilə, siyasi-diplomatik vasitələrlə həll edilməlidir.

Forumda Ermənistanın baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emoməli Rəhmon, KTMT-nin Baş katibi Stanislav Zas iştirak ediblər.

Videokonfrans formatında təşkil olunan tədbir Ermənistanın təklifi ilə keçirilib.