Daşınmaz əmlakla əlaqədar bəzi xidmətlər pullu olacaq

0
277

Daşınmaz əmlakla əlaqədar beş istiqamət üzrə xidmət haqlarının tutulmasının hüquqi əsasları müəyyən edilir. 

Bu barədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişiklik layihəsində bildirilir. 

Aşağıdakı xidmətlərə görə xidmət haqlarının tutulması müəyyənləşəcək: 

– daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması;

– daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi;

– daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi;

– sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi;

– torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi.

Qeyd edək ki, layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.