Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində hərbi qulluqçumuz yaralanıb.
Azərbaycanın Müdafiə Nazirliyi Ordumuzun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülməsi ilə bağlı məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyi isə 3 hərbi qulluqçu itirdiklərini açıqlayıb.