Ərdoğan: “Nüvə müharibəsinin qarşılığı fəlakətdir”

0
220

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.

Bunu dövlət başçısı “CNN Türk”də canlı yayım zamanı bildirib.

Ərdoğan Rusiyanın təşkil etdiyi “referendum”ları qiymətləndirərək onların bölgədəki vəziyyəti çətinləşdirdiyini deyib.

Türkiyə Prezidenti həmçinin mümkün nüvə müharibəsi ehtimalına da toxunub və bunun fəlakət olacağını vurğulayıb.

“Bu haqda danışmağı ağlına belə gətirməməlisən. Ümid edirəm ki, bu məsələni heç vaxt gündəmə gətirmədən diplomatiya yolu ilə həll etmək ən düzgün addım olardı”, – deyə Ərdoğan əlavə edib.