Qəbələdə ağacəkmə aksiyası keçirilmişdir

0
340

Bu gün Qəbələdə 27 sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir. Aksiya zamanı Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların əməkdaşları, şəhid ailələri, qazilər tərəfindən Qəbələ şəhər Zərifə Əliyeva küçəsində Eldar şamı, Sərv və Söyüd ağacları əkilmişdir. Sonda şəhid ailələri və qazilərlə xatirə şəkli çəkdirilmişdir.

Şəhid ailələrinə təşkilatımızın fəxri diplomları verilmişdir.

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri