Qarabağda 993 təhsil ocağı məhv edilib

0
185

“Qarabağda 993 təhsil ocağı məhv edilib”. 

bunu “Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib. 

Onun sözlərinə görə, qloballaşma dövründə pandemiya ilə üzləşən dünya bu məsələlərə daha çox diqqət yetirir:

“Bu konfrans Şuşada başlayıb. Torpaqlarımız 30 ilə yaxın işğal altında olub. Mədəni ocaqlarımız, muzeylər, musiqi məktəblərimiz dağıdılıb”. 

F.Qurbanov qeyd edib ki, mədəni sərvətlərimizi biz gələcək nəsillərə ötürməliyik:

“Bizim torpaqlarımızın işğaldan sonra bərpa olunmasında mədəni abidələrimizə, sərvətlərimizə diqqət yetirilir. Bülbülün ev muzeyi, Vaqifin məqbərəsi, bir çox digər abidələrimiz bərpa olunub. Biz xoşbəxt xalqıq ki, irsimiz qorunub-saxlanılır”.