Universitetlərdən birində müəllimlərin əməkhaqqıları 50 faiz artırılıb

0
235

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) saathesabı dərs deyən müəllimlərin əməkhaqqıları 50 faiz artırılıb.

Bu barədə Universitetdən məlumat verilib.

Bildirilib ki, UNEC-də saathesabı qaydada dərs deyən müəllimlərin sosial rifahının yüksəldilməsi, maddi durumunun yaxşılaşdırılması və fəaliyyətlərinin stimullaşdırılması məqsədilə əməkhaqqıları artırılıb.

UNEC-in Elmi Şurası saathesabı qaydada aparılan dərslərə görə (Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE), SABAH mərkəzi, BMDM, UNEC Biznes Məktəbi istisna olmaqla) müəllimlərə ödənilən məbləğin 2022/2023-cü tədris ilindən 50 faiz artırılması barədə qərar qəbul edib.

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində isə saathesabı qaydasında aparılan dərslərin hər saatına görə ödənişin məbləği 22 manatdan 27 manatadək yüksəldilib.