Dörd ölkə sərhədlərini rusiyalıların üzünə bağladı

0
223

Əllərində aktiv Şengen vizaları olan Rusiya vətəndaşları bu gün saat 00:00-dan etibarən Litvaya daxil ola bilməyiblər.  

Belə ki, Litva Seyminin sentyabrın 13-də qəbul etdiyi qərar qüvvəyə minib: Qərara əsasən, Ukraynada baş verən hadisələrlə əlaqədar olaraq, fövqəladə vəziyyət dekabrın 15-dək uzadılıb və etibarlı Şengen vizası olan Rusiya vətəndaşları üçün belə, bu ölkəyə giriş qapadılıb.

Bu norma Polşa və digər Baltikyanı (Estoniya, Latviya – red.) ölkələr tərəfindən də dəstəklənir.

İstisna yalnız Rusiya diplomatlarına, müxalifət nümayəndələrinə, digər Aİ ölkələrinə daşımaları həyata keçirən şirkətlərin əməkdaşlarına, habelə üzv ölkələrdə etibarlı yaşayış icazəsi təqdim edə bilən və ya üzv ölkələrin vətəndaşı olan şəxslərin ailə üzvlərinə aiddir.