ABŞ-da azad edilmiş ərazilərimizdəki mina probleminə həsr edilmiş dəyirmi masa keçirilib

0
213

TV CANLI

#

HƏRBİ

https://ads.adviad.com/www/images/0fc5c6f467fb73fa538aafe9db5e3531/index.html?clickTag=https://ads2.adviad.com/www/delivery/ck.php?oaparams=2__bannerid=12323__zoneid=1065__cb=8f2d2ca90d__campaignid=2473__p1=1663566624__p2=196d875c11775b26328032092bb9__p3=4889976095.ccee3fb8de17936a12191ed151b47af2ae696aee__oadest=https%3A%2F%2Flimak.az%2Faz%2F%23%2Fcourier%3Futm_content%3DAdviad%26utm_source%3Dapa.az%26utm_medium%3Diab_banner%26utm_campaign%3DLimak_Apa.az_Vertical_Top_Mobile%26utm_device%3Dmobile

ABŞ-da azad edilmiş ərazilərimizdəki mina probleminə həsr edilmiş dəyirmi masa keçirilib

ABŞ-da azad edilmiş ərazilərimizdəki mina probleminə həsr edilmiş dəyirmi masa keçirilib

19 sentyabr 2022 09:44 (UTC +04:00)https://ads.adviad.com/www/images/97e76905df0e959658727bf0504595a8/index.html?clickTag=https://ads2.adviad.com/www/delivery/ck.php?oaparams=2__bannerid=3568__zoneid=1068__cb=3d33f9b2b3__campaignid=1919__p1=1663566624__p2=1b50843326b898d6328032097401__p3=4889976096.a8a3e6fe72c89eaa72e6237a7626e1fcbab916e4__oadest=https%3A%2F%2Fadviad.com%2F%3Futm_content%3DAdviad%26utm_source%3Dapa.az%26utm_medium%3Diab_banner%26utm_campaign%3DApa.az_all_mob_ADV%26utm_device%3Dmobile

Məlumat verdiyimiz kimi, 2022-ci il 12-16 sentyabr tarixlərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a səfər edib.

Qurumdan verilən xəbərə görə, ANAMA ilə yanaşı nümayəndə heyətinə azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları daxil olub.

Səfər çərçivəsində nümayəndə heyəti Nyu York şəhərində BMT-nin mənzil qərargahında təşkilatın katibliyinin yüksək rütbəli rəsmiləri, o cümlədən Mina Fəaliyyəti Xidmətinin (UNMAS) direktoru ilə görüş keçirib.

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində nümayəndə heyəti Dövlət Departamenti, Müdafiə Departamenti (Pentaqon), ABŞ Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID), Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyinin yüksək rütbəli rəsmiləri, habelə ABŞ Konqresinin aparıcı üzvləri ilə çoxsaylı görüşlər keçirib.

Bununla yanaşı nümayəndə heyəti mina fəaliyyəti sahəsində ixtisaslaşmış Marşal İrsi İnstitutu (MLI), Mina Məsləhət Qrupu (“Mines Advisory Group America”) direktorları ilə məhsuldar müzakirələr aparıb. Dünya Bankının mənzil qərargahında keçirilmiş görüş zamanı da minatəmizləmə və inkişaf məsələləri müzakirə edilib.
Keçirilmiş görüşlər zamanı ölkəmizin üzləşdiyi kütləvi mina problemi, minaların insanların həyatına törətdiyi təhdidlər, məcburi köçkünlərin öz yurduna qayıtması və bərpa-quruculuq işlərinin gedişatına yaratdığı maneələr, bu təhdid və maneələrin aradan qaldırılması, humanitar minatəmizləmə sahəsində əməkdaşlıq və yardımın genişləndirilməsi istiqamətində məhsuldar müzakirələr aparılıb.

Görüşlər zamanı həmçinin minaların törətdiyi təhdidlərin aradan qaldırılması regionda sülhə və sabitliyə töhfə verən vacib amil kimi vurğulanıb.

Səfər çərçivəsində həmçinin ABŞ-ın nüfuzlu tədqiqat mərkəzlərinin nümayəndələrinin iştirakı ilə Azərbaycanın ABŞ-dakı Səfirliyində ölkəmizdəki mina probleminə həsr edilmiş dəyirmi masa təşkil edilib.

Görüşdə kütləvi şəkildə minalanmış ərazilərin təmizlənməsi, həmçinin yenidənqurma və bərpa işləri istiqamətində Azərbaycan hökuməti tərəfindən aparılan fəaliyyət və tədbiq edilən idarəetmə modeli, beynəlxalq resursların cəlb olunmasının önəmi və tərəfdaşlığın əhəmiyyəti qeyd edilib.

Həmçinin, ABŞ Konqresində italiyalı fotoqraf Fabrisio Kontinin müəllifi olduğu işğaldan azad edilmiş ərazilərimizin təsvirlərini və bu ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətini əks etdirən və mövzunun müxtəlif aspektlərinə dair çıxışlarla müşayiət olunan “Agdam Delenda est” adlı tədbir də keçirilib.