Dörd günün nəticələrinə əsasən medal siyahısına Rusiya yığma komandası başçılıq edir.
Bu komandanın aktivində 32 (13-8-11) medal var. Hesabında 19 (9-5-5) medal olan Azərbaycan millisi ikinci pillədə qərarlaşıb. Komandamızın heyətində güləşçilərimiz 8 qızıl, 5 gümüş və 3 bürünc, cüdoçularımız isə 1 qızıl və 2 bürünc medal qazanıblar. Güləşçilərimizdən yunan-Roma pəhləvanlarımız 3 qızıl və 1 bürünc, sərbəst güləşçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc, qadın güləşçilərimiz isə 2 gümüş medala sahib olublar.
“EYOF Bakı 2019″un medal siyahısında ilk üçlüyü 6 qızıl, 4 gümüş və 5 bürünc medalla Türkiyə seçməsi tamamlayır. Böyük Britaniya 12 (5-5-2) medalla dördüncü, İtaliya isə 11 (4-4-3) medalla beşinci pillədə yer alıb.
Festivala iyulun 27-də yekun vurulacaq.