Çinin ən sərt qapanmasından çıxan Şanxayda müsbət tendensiya

0
230

Çində pandemiya başlayandan bəri ən sərt və uzunmüddətli qapanmadan çıxan Şanxayda ardıcıl ikinci gündür ki, yoluxma halı aşkarlanmayıb.

Bu barədə yerli Gigiyena və Sağlamlıq Komitəsi xəbər verib.

Ümumilikdə son bir ay ərzində 150-dən çox yerli yoluxma hadisəsi təsdiqlənib.

Qeyd edək ki, 25 milyon əhalisi olan şəhərin bütün əhalisi iki aydan çox, bəzi hallarda isə üç aydan çox ev karantinidə qalmağa məcbur olub. Həmin müddətdə intihar hallarının artığı, psixi sağlamlığı ilə əlaqədar müraciət edənlərin sayının yüksəldiyi bildirilir.

Artıq lokdaunun sona çatmasının rəsmən elan edilməsindən iki ay keçib, bununla belə, bir çox anti-COVID məhdudiyyətləri qalır. Məsələn, şəhərdə hətta evini tərk etməyənlər yeddi gündən bir məcburi testdən keçməlidirlər. Xidmət işçiləri üçün COVID testi 24 saatdan bir tələb olunur. Bu prosedurdan, demək olar ki, hər yerdə və pulsuz şəkildə keçmək mümkündür.