Dövlət Vergi Xidməti sahibkarlara SƏSLƏNDİ: Maliyyə sanksiyası tətbiq olunacaq

0
187

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib.

müraciətdə deyilir ki, iyun ayı üzrə əlavə dəyər vergisi, aksiz vergisi, yol vergisi və mədən vergisi bəyannamələri iyulun 20-dən gec olmayaraq təqdim edilməlidir.

Bəyannamələr vaxtında təqdim olunmasa hər bir bəyannamə üzrə 40 manat maliyyə sanksiyası tətbiq edilir.